DİN-dən Bəhramın `üzr` videosu ilə bağlı açıqlama - VİDEO
13.01.2022 257 0.0 0

Daxili İşlər Nazirliyi (DİN) Əməkdar artist Bəhram Bağırzadənin DİN tərəfindən mütəmadi olaraq yayımlanan vətəndaşların üzr videoları ilə bağlı yumoristik paylaşımına münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin rəsmisi Elşad Hacıyev bildirib ki, B.Bağırzadənin hansısa mövzuya yanaşması sənətlə əlaqəlidir.

“Əməkdar artist Bəhram Bağırzadə teatral sənət adamıdır, sənətkardır. Mövzunun mahiyyətində olan sarkazm üzrxahlıq edən adamın vəziyyətini əks etdirir. Anlaşılandır, neqativ hallara meylli şəxslərin profilaktikasında çəkindirici xarakter daşıyır”, - deyə E.Hacıyev qeyd edib.

Bildirək ki, əməkdar artist B.Bağırzadə DİN tərəfindən yayımlanan üzr videoları ilə bağlı ironik paylaşım edib. 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar