DİM aprelin 15-də növbəti imtahanlar keçirəcəkdir
12.04.2018 5220 0.0 0

İmtahanlar bütün binalarda eyni vaxtda saat 11:00-da başlanır

Qazeta.info DİM-in məlumatına əsasən bildirir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən aprelin 15-də :

– ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları;

– əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar;

– üzrlü səbəbdən mart ayında keçirilən buraxılış imtahanlarının birinci mərhələsində iştirak edə bilməyən cari ilin məzunları (IX sinif) üçün imtahanlar keçiriləcək.

İmtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəki, Yevlax, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq.

Bu imtahanlarda iştirak edəcək şəxslər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə aprelin 9-dan etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada iştirakçılara  imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahanlar bütün binalarda eyni vaxtda saat 11:00-da başlanır.

Namizədlər  imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

-  imtahana buraxılış vərəqəsini;

-  şəxsiyyəti təsdiq edən sənədin əslini:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər icazə vəsiqələrini və pasportlarını, vətəndaşlığı olmayan şəxslər yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri və icazə vəsiqələrini, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri isə qaçqın vəsiqələrini.

-  Şəxsiyyət vəsiqəsində şəkli olmayan  şagirdlər  digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanda 7121 (Bakıda 2017, Naxçıvanda 452, Gəncədə 856, Sumqayıtda 356, Yevlaxda 21, Şəkidə 422, Bərdə şəhərində 727, Göyçay şəhərində 384, Şirvan şəhərində 653, Lənkəran şəhərində 795, Xaçmazda 438) nəfərin iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunması üçün 49 imtahan rəhbəri, 599 nəzarətçi-müəllim ayrılıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar