DGK bəzi KİV-də yayılan rüşvət məsələsinə aydınlıq gətirib
24.12.2015 1387 0.0 0

Bir sıra KİV-lərdə Masallı rayon sakini Cabbarov Şükran Əliəşrəf oğlu və Cəlilabad rayon sakini Ağayev İlqar Ələsgər oğlunun Rusiyadan Azərbaycan ərazisinə gətirdikləri kartof yükünə görə gömrük orqanları tərəfindən qanunsuz ödəmələr tələb olunması barədə həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatlar yayımlanıb.
 
Dövlət Gömrük Komitəsindən (DGK)  verilən məlumata görə, adıçəkilən şəxslərin Rusiyadan idxal etdikləri kartof yükü qanunvericiliklə tələb olunan  müvafiq sənədlər qaydasında olmadığı üçün gömrük rəsmiləşdirilməsinin aparılması mümkün olmayıb. Belə ki, kartof yükünə dair fitosanitar sertifikatı gömrük orqanına təqdim olunmadığına görə yüklü vaqonlar Xaçmaz Gömrük İdarəsinin “Yalama” gömrük postunda saxlanılıb və yüklərin saxlanılmasının səbəbi Ş. Cabbarov və İ. Ağayevə izah edilib.
 
Adıçəkilən şəxslər DGK-yə etdikləri müraciətdə də idxal etdikləri kartof yükünə dair fitosanitar sertifikatın olmadığı bildirib və vaqonların bu sənəd olmadan ölkə ərazisinə buraxılmasını xahiş ediblər.
 
DGK bir daha bildirir ki, kartof yükünə dair müvafiq mal-müşayiət sənədləri idxalatçılar tərəfindən tam şəkildə gömrük orqanına təqdim olunduqdan sonra kartof yükü ölkə ərazisinə buraxıla və qanunamüvafiq qaydada gömrük rəsmiləşdirilməsindən keçirilməsi təmin oluna bilər./apa/

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar