Tarix: 10.12.2016,   Saat: 05:06, Şənbə.          

Devid Kemerona vəzifə verildi

İngiltərənin sabiq baş naziri Devid Kemerona yeni vəzifə verilib.
 
Qazeta.info Axar.az-a istinadla xəbər verir ki, bundan sonra Kemeron Milli Vətəndaşlıq Xidmətinə rəhbərlik edəcək.
 
“Deyli Teleqraf”a açıqlama verən 50 yaşlı siyasətçi 2011-ci ildə qurulan Xidmətin ən uğurlu layihələrdən biri olduğunu deyib.
 
Xatırladaq ki, İngiltərənin Avropa Birliyindən ayrılmasını (Breksit) müəyyən edən referendumdan sonra baş nazir vəzifəsini tərk edən Kemeron deputat mandatından da imtina etmişdi.



  Bölmə: Dünya | Baxış sayı: 234 | Tarix: 13.10.2016, 13:02


Xəbərlər