Deputat: `Referendum` keçirilməsini görməmək beynəlxalq təşkilatların nüfuzuna xələl gətirəcək
20.02.2017 956 0.0 0

Bəzi beynəlxalq təşkilatlar erməni separatçılarının təxribatlarına göz yumurlar.

Bu barədə Trend-ə açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ikili standartlar yürüdərək ermənilərin təxribatlarına göz yumurlar.

Deputat bildirib ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı inzibati idarəetməni qanusuz referendum keçirməklə beynəlxalq ictimaiyyətə təqdim etməyə çalışır:

"Ermənilərin 26 il əvvəl işğal etdiyi əraziləri "müstəqil" kimi beynəlxalq ictimaiyyətə göstərmək cəhdləri boşa çıxıb, amma onlar hələ də bundan bir siyasi nəticə çıxarmayıblar. İndi də işğal etdikləri Azərbaycan torpaqlarında "referendum" keçirməyə cəhd edirlər. ATƏT-in Minsk qrupu və bir neçə beynəlxalq təşkilat bəyanatlar verərək "referendum"u tanımadıqlarını bildiriblər. Təəssüf ki, bəzi beynəlxalq təşkilatlar bu məsələdə Ermənistana təzyiqlər göstərmir, ikili standartlar yürüdürlər. Bu prosesdə özünü görməməzliyə vurmaq beynəlxalq təşkilatların nüfuzuna xələl gətirəcək".


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar