DÇ-2018-in seçmə mərhələsində Azərbaycan San-Marinoya qalib gəlib
04.09.2017 649 0.0 0

Bu gün DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında C qrupunda növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, VIII tur çərçivəsində 3 qarşılaşma baş tutacaq.

 

Azərbaycan millisi San Marino yığması ilə qarşılaşıb. Görüş doğma meydanda baş tutub.

 

Ardıcıl dörd məğlubiyyət alan Robert Prosineçkinin yetirmələri uğursuzluq zolağından darmadağınla çıxıblar. Millimiz səfərdə minimalhesabla məğlub etdiyi rəqibi Bakıda 5 topa "qonaq edib".

 

Komandamız cırtdan ölkə təmsilçisi üzərində qələbə qazanaraq tarixinin rekorduna imza atıb. Belə ki, millimiz indiyədək heç vaxt bir seçmə mərhələdə 10 xal toplamayıb. DÇ-2014-ün seçmə mərhələsində 9 xal əldə olunmuşdu.

 

DÇ-2018 seçmə mərhələsi

C qrupu

VIII tur

4 sentyabr

 

Azərbaycan – San Marino - 5:1

Qollar: Əfran İsmayılov, 20, 57, Araz Abdullayev, 25, Cevoli, 71 (öz qapısına), Rəşad Sadıqov, 81 - Palazzi, 74


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar