Daxili işlər naziri öldürüldü (FOTO)
17.08.2015 716 0.0 0

Pakistanda Pəncab əyalətinin Daxili işlər naziri Şuja Xanzadə evinə edilən kamikadze hücumu nəticəsində ölüb.

Məlumata görə, partlayış nazirin partiya üzvləri ilə iclas keçirən zaman qeydə alınıb. Partlayış iclasa gələnlərdən birinin üzərində gətiridiyi bombanı işə salması nətiçəsində baş verib. 

Partlayış 10-nan çox insanın həlak olmasına 20 nəfərin isə yararalanmasına səbəb olub. Hadisə nəticəsində çökmüş evin altından 10 cəsəd çıxarılıb. Onlar arasında daxili işlər nazirinində meyitinin olduğu bildirilir. Polis hadisənin terror hücumu olduğunu təsdiqləsədə, hələki heç bir terror təşkilatı partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib. 

 


Şuja Xanza-Öldürülən Daxili işlər naziri

 

Dağıntılar arasından meyidləri çıxaran xilasedicilər

Xanzadə Pəncab əyalətində terrorçulara qarşı sərt mövqeyi ilə tanınıb. Nazirin elə terrorçulara qarşı sərt siyasət yeritdiyi üçün öldürüldüyü ehtimal edilir. Əyalətdəki son əməliyyat zamanı “Əl-Qaidə”-nin Pakistandaki rəhbəri hesab edilən Abdakli ləqəbli terrorçu öldürülmüşdü./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar