Daha bir ştat 31 mart Soyqırımı Günü ilə bağlı qətnamə qəbul edib
30.03.2015 650 0.0 0

Amerika Birləşmiş Ştatlarının Nyu Çersi ştatının Baş Assambleyası 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı qətnamə qəbul edib. 

Amerika-Azərbaycan Cəmiyyətindən verilən məlumata görə, bu qətnamə ilə 1918-ci ildəki faciəvi hadisələrin 31 mart 2015-ci ildə 97-ci ildönümünün qeyd olunacağı tanınır. 

Qətnaməni ştatın Baş Assambleyasının spikeri Vinsent Priyeto və katibi Dana Byorli imzalayıblar. 

Məlumatda o da qeyd olunur ki, 2012-ci ildə Nyu York 31 mart - Azərbaycanlıların Soyqırımı Gününü tanıyan ilk ştat olub. 

Nyu Cersi ştatı müvafiq sənədi 2013-cü ildə qəbul edib. 

Azərbaycanlıların soyqırımı Texas və Nevada ştatlarında da bir sıra rəsmi sənədlərlə təsdiq edilib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar