Daha bir erməni əsgər öldü
02.05.2016 894 0.0 0


Ermənistan ordusunun daha bir əsgəri ölüb. Aprelin son günlərində cəbhə xəttində vəziyyətin gərginləşməsi zamanı yaralanan əsgər xəstəxanada ölüb. Erməni saytlarına istinadla verilən məlumata görə, 20 yaşlı Sarkis Qasparyan Xankəndi xəstəxanasında müalicə edilirdi. 

S.Qasparyan aprelin 29-da saat 22 radələrində Ağdərə (Mardakert) istiqamətində atəşkəsin pozulması nəticəsində yaralmışdı. 

Bu, Ermənistan ordusunun son günlər verdiyi ilk itki deyil. Ötən gün də cəbhə xəttində daha bir erməni əsgər zərərsizləşdirilib. Mayın 1-nə keçən gecə təmas xəttində atəşkəsin pozulması zamanı qarşı tərəf 1 canlı qüvvəsini itirib. Bu, 1991-ci il təvəllüdlü Aşot Çobanyandır.

Erməni əsgər Xocavənd istiqamətində ölüb. 


Bir neçə gün əvvəl də aprel döyüşlərində iştirak edən daha bir erməni könüllüsü ölüb. O, aprelin 4-ü döyüş əməliyyatları çərçivəsində Azərbaycanın erməni könüllülərini cəbhəyə daşıyan avtobusa endirdiyi zərbə nəticəsində yaralanmışdı. 56 yaşlı Karo Ambartsyumyan xəstəxanada dünyasını dəyişib.

Növbəti bir erməni əsgərinin ölümü isə aprelin 27-də olub. Ermənistan ordusunun atəşkəs rejimini pozması nəticəsində Ermənistan ordusunun əsgəri - 1996-cı il təvəllüdlü Ayk Minasyan ölüb. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar