Dağıstanda terror aktları planlaşdıran İŞİD-çilər saxlanılıb
17.03.2016 628 0.0 0

Dağıstanda İŞİD-lə əlaqəsi olan silahlı dəstənin üzvləri saxlanılıb.
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Rusiya Milli Antiterror Komitəsindən bildiriblər ki, Xasavyurt rayonunun Mutsalaul kəndində silahlı dəstənin 3 üzvü tutulub.
 
Bildirilir ki, Komitəyə dəstənin silsilə terror aktlarına hazırlaşdığı barədə məlumat daxil olub. Saxlanılan şəxslər bunu təsdiq ediblər və kəndin kənarında onlara məxsus gizli ev barədə məlumat veriblər. Əməliyyatçılar orada əldə düzəldilmiş partlayıcı qurğu və 1 tona yaxın parlayıcı maddə aşkar ediblər.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar