Dağıstanda ağır yol qəzası- 7 nəfər ölüb, çox sayda yaralı var
13.07.2016 679 0.0 0

Dağıstanda Dərbənd-Anapa marşrutu ilə hərəkət edən avtobusun “KamAZ” markalı yük maşını ilə toqquşması nəticəsində  7 nəfər ölüb.

 

Məlumata görə, bu barədə RİA "Novosti”-yə regional FHN-nin nümayəndəsi bildirib.

 

Qəza Mahaçqala-Həştərxan magistral avtomobil yolunda, Dağıstanın Tarumovski rayonunun Talovka yaşayış məntəqəsinin ərazisində baş verib.  

 

“İlkin məlumata görə, 7 nəfər ölüb, avtobusda ümumilikdə 33 nəfər olub. Xəsarət alanlar Tarumovka və Koçubey yaşayış məntəqələrinin tibb müəssisələrinə çatdırılıblar”,  deyə FHN-nin nümayəndəsi bildirib.  

 

 Məlumata görə, qəza nəticəsində 26 nəfər xəsarət alıb. /apa/

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar