Dağıntılar altında yaralanan qızların qohumları iki tibb bacısını döyüblər
16.09.2016 989 0.0 0

Gəncədə dağıntılar altında qalan qızların qohumları iki tibb bacısına xəsarət yetiriblər.

 

Məlumata görə, bu gün Gəncədə uçmuş divar altında qalan iki bacını xəstəxanaya aparan zaman onların qohumları tibb bacılarının xəstələrə vaxtında yardım göstərmədiyini əsas gətirərək səhiyyə işçilərinə xəsarət yetiriblər.

 

Dərhal DİN-in 102 xidmətinə məlumat verilib. Əraziyə gələn hüquq mühafizə orqanlarının əməkdaşları araşdırma aparırlar.

 

Qeyd edək ki bu gün saat 17 radələrində Gəncənin “İkinci hissə” adlanan ərazisində evin divarının uçması nəticəsində 14 yaşlı Sona və 15 yaşlı Mehparə İsmayılova bacıları dağıntılar altında qalıblar. Xəstəxanaya aparılan zaman onlardan biri Sona İsmayılova ölüb onun bacısı isə xəstəxanaya yerləşdirilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar