Dənizkənarı Milli Parkda ərəb turist ölüb
15.08.2019 564 0.0 0

Bakı Dənizkənarı Milli Parkında Səudiyyə Ərəbistanından olan turist keçinib.

Qazeta.info bildirir ki, Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Əbubəkirovun "Report"a verdiyi məlumata görə, ərəb turist "Kukla" teatrının yaxınlığında ürək tutmasından ölüb.

"Hadisə barədə çağırış 21.54-də daxil olub. Ölən şəxs 50-55 yaş aralığındadır", - deyə o bildirib.

P.Əbubəkirovun sözlərinə görə, turist həkimlər hadisə yerinə gəlməmişdən dünyasını dəyişib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar