Dələduzluqda təqsirləndirilən sabiq prokuror məhkəmə zalından azadlığa buraxılıb
10.02.2017 920 0.0 0

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər Prokurorluğunun dələduzluqda təqsirləndirilən sabiq əməkdaşı Samir Nəsirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Məlumata görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, S. Nəsirov barəsində 2 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

 

Qeyd edək ki, S. Nəsirov zərərçəkmiş şəxsərə ümumilikdə 150 min manatdan çox dələduzluqda təqsirləndirilir. Xatırladaq ki, bir müddət öncə xidməti və icra intizamını, eləcə də Baş Prokurluq üzrə müvafiq əmrlərin tələblərini kobud şəkildə pozduğuna görə Bakı şəhər Prokurorluğunun idarə prokuroru Samir Nəsirov barəsində prokurorluq orqanlarından xaric edilməklə xidməti araşdırma materialları üzrə cinayət işi başlanıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar