Cüdo komandamız İslamiadanın qalibi oldu - 29-cu QIZIL
15.05.2017 864 0.0 0

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın kişi idmançılardan ibarət cüdo yığması qızıl medal qazanıb.

Məlumata görə, finalda əlcəzairli cüdoçularla qarşılaşan təmsilçilərimiz gərgin döyüşlərdə qalib gəliblər - 3:2.

Bununla da İslam Həmrəyliyi Oyunlarında Azərbaycan qızıl medallarının sayını 29-a çatdırıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar