Conson: `Rusiyanın neft və qazından imtinaya görə Qərbi çətin günlər gözləyir`
15.03.2022 85 0.0 0

Böyük Britaniyanın Baş naziri Boris Conson Rusiyanın enerji daşıyıcılarından imtina edəcəyi ilə bağlı Qərbin çətin vəziyyətindən danışıb.

Bildirək ki, bu barədə “Daily Telegraph” məlumat yayıb.

"Qarşıda çətin zaman olacaq. Rusiyanın neft və qazından, bütövlükdə karbohidrogenlərindən imtina dünya üçün ağır olacaqdır", - deyə Britaniyanın baş naziri bildirib.

O, Qərbin Moskva ilə münasibətlərini normallaşdırmağı və Rusiyadan enerji daşıyıcılarının tədarükünü artırmağa başlamasını səhv adlandırıb. Onun sözlərinə görə, Qərb dövlətləri Rusiyanın enerji daşıyıcılarından asılılığına son qoyaraq, Rusiyanı nağd pullardan məhrum edə, onun strategiyasını məhv ed bilər.

ABŞ-ın Rusiya neft məhsullarının idxalına qadağası təkcə sıravi amerikalılara deyil, avropalılara da zərbə vurub. Avropa İttifaqının bir çox ölkəsində benzin bir litr üçün 2 avroya təklif olunur./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar