Con Kerri Gürcüstana səfər edəcək
30.06.2016 571 0.0 0

ABŞ dövlət katibi Con Kerri iyulun 6-da Gürcüstana səfər edəcək.

 

Məlumata görə, bu barədə “RİA Novosti”yə Gürcüstan hökumətinin mətbuat xidmətindən məlumat veriblər.

 

“Kerri Gürcüstana səfər edəcək və burada yüksək səviyyəli görüşlər keçirəcək”, - deyə mətbuat xidmətindən bildiriblər.

 

Qeyd edək ki, bir müddət öncə “Rustavi 2” telekanalı Gürcüstanın ABŞ-dakı səfiri Arçil Gegeşidzeyə istinadən Kerrinin Tiflisdə ölkənin baş naziri və digər rəsmi şəxsləri ilə görüşlər keçirəcəyi haqda məlumat yayıb. Səfər zamanı müdafiə, təhlükəsizlik və iqtisadiyyat sahəsində əməkdaşlığı dərinləşməsi məsələləri müzakirə olunacaq./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar