«Coca-Cola»nın müdirini öldürən azərbaycanlının məhkəməsi oldu
29.04.2016 568 0.0 0

“Coca-Cola” şirkətinin Sankt-Peterburqdakı zavodunun direktoru Dmitri Soşnevi öldürməkdə şübhəli bilinən şəxslərin təqsiri sübuta yetirilib. Rusiya mətbuatına istinadən verilən məlumata görə, saxlanan Vyaçeslav Finogenova və Azərbaycan vətəndaşı olan Denis Çxitauriyə qətl, quldurluq, sənədlərin oğurluğu, silah və narkotiklərin qanunsuz dövriyyəsi və bir sıra başqa maddələrlə ittiham ediliblər. Təqsirləndirilən Azərbaycan vətəndaşının və digər şəxsin işi üzrə istintaq artıq yekunlaşıb. Cinayət işinə görə, 15 ekspertiza keçirilib və müstəntiqlər həmin əldə edilən sübutları onların həbsi üçün yetərli sayıblar.

Tutulan şəxslər barədə məhkəmə qərarının yaxın günlərdə açıqlanacağı bildirilir.

 

Dmitri Soşnev - öldürülən şəxs

Sankt-Peterburqda yoxa çıxan "Coca-Cola ABC Avrasiya" zavodunun direktoru 37 yaşlı Dmitri Soşnevin meyiti 2014-cü il dekabrın 3-də tapılıb.

Aparılan araşdırmalar nəticəsində həmin şəxsin öldürüldüyü məlum olub. Aparılan araşdırmalar nəticəsində qətldə ittiham edilən şəxslər saxlanılıb. Polisin məlumatına görə, onlardan biri 28 yaşlı Azərbaycan vətəndaşı Denis Çxitauri və 46 yaşlı Vyaçeslav Finogenovdur.
Məlumata görə, onlar iş adamına Frunzensk rayonunda görüş təyin ediblər. Orada direktora atəş açılıb.
Daha sonra qatillər mərhumun üzərindəki 150 min rubl (təqribən 3 min 495 manat) pulu və maşının sənədlərini götürərək hadisə yerindən qaçıblar.

Şübhəli şəxslər hadisəni törətdikləri yeri göstəriblər. Qətlə yetirilən Dmitri Soşnevi sonuncu dəfə 2014-cü ilin noyabr ayının 28-də zavodun ərazisində görüblər. Yoxa çıxdığı gün Soşnevin üstündə böyük məbləğdə pul olub. Dekabrın 1-də qohumları onun itkin düşməsi haqda polisə müraciət edib.
Soşnev uzun müddət narkotik maddə istifadəçisi olub. Onun narkotik üstündə yaranan mübahisəyə qurban gedə biləcəyi istisna edilmir. Öldürülən direktorun iki uşağı olub./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar