CL: `Ayaks` `Benfika` ilə oyunda qələbəni əldən verib
24.02.2022 400 0.0 0

Futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində Portuqaliyanın "Benfika" klubu Niderlandın "Ayaks" klubunu qəbul edib.

Məlumata görə, "Eştadiu du Benfika" stadionundakı görüşdə qalib müəyyənləşməyib - 2:2. Matçda hesabı 18-ci dəqiqədə qonaqlar açıblar. Duşan Tadiç adını tabloya yazdırıb. 26-cı dəqiqədə meydan sahibləri tarazlığı bərpa ediblər. Sebastyen Allye avtoqol müəllifi olub. Kot d İvuarlı hücumçu 3 dəqiqə sonra ikinci qolu vurub. 28 yaşlı forvard bu dəfə rəqib qapısına yol tapıb. Qarşılaşmada son nöqtəni isə 72-ci dəqiqədə "Benfika"nın ukraynalı hücumçusu Roman Yaremçuk qoyub.

Komandalar arasında cavab qarşılaşması martın 15-də keçiriləcək./trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar