«Cırtdan» dünyanın ən güclü mühafizə olunan türməsindən necə qaçmasından danışdı
11.01.2016 663 0.0 0
“Cırtdan” ləqəbli narkobaron Hoakin Qusman Loeran “Altiplano” türməsindən Almaniyada xüsusi hazırlıq keçmiş mühəndislərin köməyi ilə qaçıb.
 
Oxu.az-ın xəbərinə görə, bu barədə narkobaron Rolling Stone nəşrinə müsahibəsində deyib.
 
2014-cü ildə cinayətkarın qaçdığı 1,5 kilomterlik tunelin tikən mühəndislər Qusman kartelinni xüsusi nəzarəti altında Almaniyada qrunt sularının aşağı səviyyədə olan yerlərdə yeraltı işlərin aparılması üzrə 3 aylıq təlim keçiblər.
 
Reuters-in mənbələri qeyd ediblər ki, Meksika höküməti əvvəlcədən müsahibə barədə bilirdilər və narkobaronu izləyirdilər.
 
Xatırladaq ki, hüquq-mühafizə orqanlarından yarım il müddətində gizlənən Qusman yanvarın 8-də saxlanılıb. Atışma zamanı onun 5 adamı öldürülüb, daha 6-sı isə həbs edilib. Bir polis əməkdaşı yaralanıb. Qeyd olunur ki, Quamuçil şəhərində həmçinin “Sinaloa”da ikinci adam sayılan İvan Qastulum Kruz da saxlanılıb.
 
Hoakin Qusman Meksikada narkotik maddələrin dövriyyəsi ilə məşğul olan ən iri təşkilat “Sinaloa”nın lideridir. Bu təşkialt Cənubi Amerikadan ABŞ-a gedən narkotiklərin 1/3-nə nəzarət edir. 
 
Qusmanın mirası 1 milyard dollar məbləğində qiymətləndirilir. 
 
Forbes nəşrinin reytinqinə əsasən narkobaron dünyanın ən nüfuzlu insanları sırasında 67-ci yerdədir./bizimyol.info/

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar