Çinlilər bunu da etdi- ilk dəfə klonlaşdırılmış inək bala verdi- FOTO
16.09.2015 790 0.0 0

Çində ilk klonlaşdırılmış genetik modifikasiya olunmuş inək sağlam buzov doğub.

RİA Novosti-yə istinadən verilən məlumata görə, bu, ölkə üçün ev şəraitində mərmər mal ətinin istehsalında vacib addımdır.

"Nyu-nyu" adlı inək 2012-ci ildə doğulan iki klondan biridir. Heyvanlara əzələlərdə yağ təbəqəsinin artırılması üçün xüsusi gen yeridilib ki, bu da mal ətinin keyfiyyətinin göstəricisidir.

Qeyd edək ki, Çin mərmər mal ətini verə biləcək iribuynulzu mal-qara cinslərinə ehtiyac duyur. Belə ki, çinlilər idxal edilmiş bahalı məhsul almağa məcbur olurlar./trend/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar