Çin Şanxay şəhərinə 10 mindən çox tibb işçisi və 2 min hərbçi göndərib
04.04.2022 90 0.0 0

Çin koronavirusun “Omikron” ştamının yayılmasının qarşısını almaq üçün Şanxay şəhərinə 10 mindən çox tibb işçisi, o cümlədən 2 min hərbçi göndərib.

Bildirək ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Hazırda Şanxayın 26 milyon sakini test verir. Şəhərdə 2 həftədir qapanma qüvvədədir.

Bir sıra müəssisə və maliyyə şirkəti əməkdaşlarını təcrid etməklə fəaliyyətlərini davam etdirir, lakin bir çox mağaza və kommersiya müəssisələri bağlanmaq məcburiyyətində qalıb.

Xatırladaq ki, dünən Çində COVID-19-a 13 min yoluxma halı qeydə alınıb. Bunun 9 mini Şanxay şəhərinin payına düşüb./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar