Çılpaq qızlar bütün ölkəni qarışdırdı (VİDEO, FOTO)
17.05.2015 1080 0.0 0

Rusiyanın Kemerovo vilayətində əbədi məşəlin qarşısında çılpaq halda şəkil şəkdirən snoubordçu qızlarla bağlı məsələ böyüyür.

Məlumata görə, qızların çılpaq fotosu Kemerovo Daxili İşlər Nazirliyini hərəkətə gətirib.

Hazırda Kemerovo vilayəti üzrə Daxili İşlər Nazirliyinin əməkdaşları memorialın fonunda açıq-saçıq şəkil çəkdirən qızların şəxsiyyətlərini araşdırır.

Kemerovo polisi şəkillər sosial şəbəkədə yayıldıqdan sonra araşdırmalara başlayıb.

Şəkil sosial şəbəkələrdən birində yerləşdirilmişdi və sonra kütləvi informasiya vasitələrlərində yayılmışdı. Bu da yerli əhali arasında, xüsüsən müharibə veteranlarının etirazlarına səbəb olub. Onlar müharibə qurbanlarına qarşı hörmətsizlik etmiş qızların tapılaraq cəzalandırmasını tələb edir.

Qeyd edək ki, səkildə əllərində snoubord olan iki çılpaq qız Böyük Vətən Müharibəsi illərində həlak olmuş hərbçi-kuzbasslıların abidəsinin fonunda təsvir edilib./anspress/

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar