Tarix: 08.12.2016,   Saat: 00:11, Cümə axşamı.          

Çevriliş: Bağdadinin arvadı tutuldu

İŞİD lideri Əbubəkir Bağdadinin arvadı həbs olunub.

 

Məlumata görə, bu barədə “İslam Polis Bölməsi” məlumat yayıb. Bağdadi əleyhdarı olan İŞİD-çi bölmənin məlumatına görə, bölgədə Bağdadi idarəetməsi başa çatıb.

 

İŞİD polis komandiri Əbu Osmanın Əbubəkr Bağdadiyə qarşı çevrilişə cəhd etməsi ilə bağlı xəbərlər yayılıb. Xəbərdə tərəflər arasında şiddətlənən atışma zamanı xeyli terrorçunun öldüyü bildirilib.

 

Qeyd edək ki, Səddam Hüseynin “sağ əli” İzzət İbrahim Əl-Duri tərəfindən yaradılan və döyüşçülərin böyük əksəriyyəti BƏƏS hərəkatının üzvlərindən təşkil olunan Nəqşibəndilər də İŞİD-ə qarşı çıxıb və onların arasında atışma getdiyi bildirilir. /axar.az/



  Bölmə: Dünya | Baxış sayı: 366 | Tarix: 18.10.2016, 23:40


Xəbərlər