Cənubi Koreya İranın borcunu ödəyib
23.01.2022 262 0.0 0

Koreya Respublikası hökuməti İranın BMT-yə olan borcunu ödəyib.

Trend-in məlumatına görə, bu barədə ölkənin Planlaşdırma və Maliyyə Nazirliyindən bildiriblər.

"Cənubi Koreya hökuməti ABŞ Maliyyə Nazirliyi və BMT Katibliyi kimi müvafiq təşkilatlarla fəal əməkdaşlıq edərək, İranın 18 milyon dollar məbləğində BMT-yə borcunu ödəyib", - deyə məlumat deyilir.

Qeyd edilir ki, ödəniş Cənubi Koreya banklarında İranın dondurulmuş vəsaitləri hesabına edilib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar