Bulvarda bir nəfər intihara cəhd edib
08.08.2015 592 0.0 0

Qazeta.info Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına əsasən bildirir ki, FHN Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda Dəniz kənarı Milli Park ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 800 metr sağa, nəzarətsiz ərazidə) 1 nəfər intihar etmək məqsədilə özünü dənizə atıb.

Məlumata görə,  hadisə haqda məlumat alan Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri dərhal hadisə yerinə cəlb olunmuş, həmin şəxs dalğıc-xilasedici tərəfindən xilas edilmiş və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 12:53-də başa çatmışdır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar