Əbülfəs Qarayev Fransalı nümayəndə heyətini qəbul edib
07.07.2015 835 0.0 0

Görüşdə Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında turizm sahəsində əməkdaşlığın vəziyyəti və gələcək perspektivlər müzakirə edilmişdir. Əbülfəs Qarayev bildirmişdir ki, Azərbaycan ilə Fransa arasında mədəniyyət sahəsində olduğu kimi, turizm sahəsində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Qarşılıqlı münasibətlərin inkişafında Azərbaycanın birinci xanımı, Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti, həyata keçirilən layihələr olduqca mühüm əhəmiyyət kəsb edir.
Qazeta.info Mədəniyyət və Turizm Nazirliyinə istinadla bildirir ki, görüşdə vurğulandı ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyir və bu mövqeyin davamı olaraq bütün məsələlərdə beynəlxalq hüquq normalarının əsas götürülməsi, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş əraziləri və separatçı rejim ilə Fransanın regionları arasında əməkdaşlıq cəhdlərinin qarşısının alınması vacibdir.
Belə ki, Əbülfəs Qarayev qeyd etdi ki, cari ilin may ayında Xorvatiyada keçirilmiş Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 100-cü sessiyasında "Münaqişə zonalarının turizm məkanı kimi və turizmin qanunsuz məqsədlər üçün istifadəsinin qarşısının alınması" adlı qətnaməyə dair qərarın qəbulunda Fransa tərəfinin dəstəyi təqdirəlayiqdir, lakin bu qərarın icrasının Fransada keçirilən turizm sərgilərində təmin edilməsi üçün Fransanın dövlət və özəl qurumları tərəfindən səylərin artırılması zəruridir.
Fransalı Dövlət katibi öz növbəsində səmimi qəbula görə təşəkkürünü bildirdi, həmçinin Fransa - Azərbaycan arasında turizm sahəsində əməkdaşlıqda maraqlı olduqlarını və bu istiqamətdə lazımi fəaliyyətin həyata keçirilməsinə hazır olduqları bildirdi.
Görüşdə viza prosedurunun sadələşdirilməsi, turizm marşrutları, birgə infoturların təşkili, turizm menecmenti üzrə təhsili sahəsində əməkdaşlıq, mətbəx mübadiləsi layihələri kimi məsələlərə də toxunuldu.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar