Bu gün yarım əsrdir müşahidə olunmayan təbiət hadisəsi baş verəcək
21.06.2016 1168 0.0 0

Bu gün ilin ən uzun gündüzü və ən qısa gecəsi olacaq. Şamaxı Astrofizika Rəsədxanasından verilən xəbərə görə, yay fəslinin gəldiyi 21 iyun tarixində Şimal yarımkürəsində ən uzun gündüz, ən qısa gecə yaşanır. Cənub yarımkürəsində isə bu gün, əksinə olaraq ən qısa gündüz, ən uzun gecə qeydə alınacaq. İyunun 22-dən etibarən isə gündüzlər qısalmağa, gecələr isə uzanmağa başlayacaq. Bu proses 21 dekabr tarixinədək davam edəcək.
 
Qeyd olunub ki, bu gün insanlar təxminən yarım əsrdir ki, müşahidə olunmayan hadisə ilə tanış olacaqlar. Belə ki, bədrlənmiş Ay və iyun gün dönümü baş verəcək. Növbəti oxşar hadisə 2042-ci ildə gözlənilir. Yaxın günlərdə Yerin şimal yarımkürəsində Günəşin maksimal dərəcədə hündürlüyə qalxması, cənub yarımkürəsində isə maksimal dərəcədə aşağı enməsi qeydə alınacaq. Bu hadisədən bir müddət əvvəl bədrlənmiş Ay müşahidə olunacaq./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar