Bu gün Merkel və Tramp arasında görüş keçiriləcək
17.03.2017 843 0.0 0

Almaniya kansleri Angela Merkel bu gün Vaşinqtonda ABŞ prezidenti Donald Trampla ilk dəfə görüş keçirəcək.

“RİA Novosti”yə istinadən verilən xəbərə görə,  bundan əvvəl Tramp telefon danışığında Almaniya hökumətinin rəhbərini ABŞ-a səfər etməyə çağırıb. Lakin, martın 14-nə planlaşdırılmış görüş qar boranı səbəbindən martın 17-nə keçirilib.
 
Kanslerin dəftərxanasından verilən xəbərə görə, təkbətək və geniş tərkibdə keçiriləcək danışıqlar zamanı Trans-Atlantik tərəfdaşlıq və beynəlxalq siyasətə dair məsələlər müzakirə ediləcək.
 
Günün ikinci yarısında  birgə mətbuat-konfransı və Merkelin şərəfinə ziyafət veriləcəyi bildirilib.  Daha sonra Tramp Berlinə geri qayıdacaq. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar