Bu gün Həzrət Rüqəyyənin (ə) şəhid edildiyi gündür
05.11.2016 1270 0.0 0

Bu gün hicri-qəməri təqvimi ilə səfər ayının 5-i İmam Hüseynin (ə) 3 yaşlı qızı Həzrət Rüqəyyənin (ə) şəhid edildiyi gündür.

Qazeta.info SalamNews-a istinadla bildirir ki, Həzrət Rüqəyyə (ə) İmam Hüseyn ibn Əlinin (ə) qızıdır. Onun anasının adı Ümmü İshaqdır. Həzrət Rüqəyyə (ə) 59-cu hicri-qəməri ilində Mədinə şəhərində dünyaya gəlib və 61-ci hicri ilində atası ilə birlikdə Kərbəlaya səfər edib.

Bəzi rəvayətlərə əsasən, Həzrət Rüqəyyənin (ə) şəhadəti zamanı üç yaşı olub. O, hicri-qəməri təqvimi ilə səfər ayının 5-də 61-ci ildə Şam şəhərində əsirlikdə olarkən dünyasını dəyişib.

"Rüqəyyə" adı lüğətdə "yuxarı", "yuxarı aparmaq" və ya "tərəqqi" deməkdir. 

Həzrət Rüqəyyənin (ə) müqəddəs qəbri Dəməşqdə, Əməvi məscidinin yanında yerləşir. Həzrət Rüqəyyənin (ə) Kərbəla faciəsində iştirakı, şəhid olması və Şamda dəfn edilməsi tarix boyu Əhli-beyt düşmənlərinin ifşa edilməsinə müstəsna təsir göstərib. Bu səbəbdən heç kəs Şamda baş verən hadisələri inkar edə bilmir. Həzrət Rüqəyyənin (ə) məzarı, qadınların bu müqəddəs məkanda əsir edilmələrinin əlamətidir. 

Həzrət Rüqəyyənin (ə) qəbri Əhli-beytə (ə) olunan zülm və əziyyətlərə canlı şahid, sənəddir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar