Bu gün bu rayonlarda qaz olmayacaq
16.11.2016 894 0.0 0

“Qaz İxrac” İdarəsinin Ağdaş və Qazax Magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.
Qazeta.info SOCAR-a istinadla bildirir ki, noyabrın 16-da saat 10:00-dan 17:00-dək “Qaz İxrac” İdarəsinin Ağdaş Magistral qaz kəmərləri sahəsinin “Şəmsəbad”, Qazax Magistral qaz kəmərləri sahəsinin “Ağstafa”, “Köçəsgər” və “Tovuz” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Təmir müddətində Ağstafa və Tovuz rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Ağdaş rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar