Bu gün Bakıda yeni əczaçılıq zavodunun təməli qoyulub
02.11.2016 752 0.0 0

Bu gün Bakı şəhərinin Pirallahı Sənaye Parkında Azərbaycan İnvestisiya Şirkəti və Rusiyanın “R-Pharm” şirkətinin iştirakı ilə investisiya dəyəri 74 mln. ABŞ dolları olan əczaçılıq məhsullarının istehsalı zavodunun təməlqoyma mərasimi keçirilib.


Məlumata görə, təməlqoyma mərasimində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Aleksandr Tsıbulski və digər rəsmi şəxslər iştirak ediblər.
Təməlqoyma mərasimində "Azərbaycan İnvestisiya Şirkəti" ASC, "Vita-A" MMC və Rusiyanın "R-Pharm" şirkətinə daxil olan "AR-Pharm" MMC arasında "Hayat Pharm" əczaçılıq məhsullarının istehsalı zavodunun yaradılması üzrə Səhmdarlar Sazişi imzalanıb.
Qeyd edək ki, sözügedən zavodda 100-dən çox əczaçılıq məhsulunun istehsal edilməsi nəzərdə tutulub./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar