Bu gün Bakıda keçirilən U-17 Avropa çempionatının qalibi müəyyənləşəcək
21.05.2016 780 0.0 0

 Bu gün Bakıda keçirilən 17 yaşlılardan ibarət komandalar arasında Avropa çempionatına yekun vurulacaq.

 

Apasport.az saytının məlumatına görə, finalda Portuqaliya ilə İspaniya qarşılaşacaqlar. Piriney yarımadasını təmsil edən iki ölkənin yığmaları arasındakı həlledici qarşılaşma 8-ci kilomter qəsəbə stadionunda keçiriləcək.

 

Turnirə millimizlə eyni qrupda başlayan Portuqaliya finala qədər inamla irəliləyib. Portəgizlər qrupdan lider kimi çıxdıqdan sonra həlledici oyuna kimi Avstriya (5:0) və Hollandiyanı (2:0) “quru” hesabla yolundan kənarlaşdırıb.

 

İspaniya da mötəbər yarışa yaxşı start verərək finala kimi irəliləyə bilib. Qrupdan çıxdıqdan sonra İngiltərə (1:0) və Almaniyanı (2:1) məğlub edən yeniyetmə “buğalar” nəhayət yarışın ən güclüsü olmaq üçün qonşuları ilə “savaçacaqlar”.

 

 

17 yaşlılar arasında Avropa çempionatı

Final

21 may

 

20:00. Portuqaliya - İspaniya

8-ci km qəsəbə stadionu


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar