Bu gün Aşuradır
12.10.2016 458 0.0 0

Bu gün Azərbaycanda Aşuradır.
 
Məlumata görə, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasına əsasən, Məhərrəm ayının 10-u - Aşura günü oktyabrın 12-nə təsadüf edir.
 
Fətvada qeyd olunub ki, Aşura mərasimləri, mövcud qanunvericiliyə əsasən, məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir.
 
O da bildirilir ki, son illər təziyə günlərində QMİ-nin təşəbbüsü ilə gerçəkləşən qanvermə aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir və bu humanist ənənə davam etdiriləcək.
 
Qeyd edək ki, Məhərrəm ayı oktyabrın 3-də başlayıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar