Brent nefti bu ay 22% bahalaşıb
29.04.2016 602 0.0 0

 Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,40 dollar artaraq 46,43 dollar təşkil edib.
 
Qazeta.info "APA-Economics"in məlumatına əsasən bildirir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,05 dollar artaraq 48,19 dollar olub.
 
Qeyd edək ki, neftin bahalaşmasına səbəb ABŞ-da hasilatın azalmasıdır. Belə ki, ABŞ-ın Energetika Nazirliyinin açıqladığı statistikaya əsasən, ölkədə gündəlik neft hasilatı 15 min barrel azalaraq 8,94 mln. barrelə çatıb. Bu göstərici dalbadal 7 həftədir azalma nümayiş etdirir.
 
Yeri gəlmişkən, Brent markalı neft aprelin ayının əvvəlindən 22%, WTI markalı neft isə 21% bahalaşıb. Bu, 2015-ci ilin aprel ayından etibarən ay ərzində rekord artımdır. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar