Böyük Britaniyanın yeni baş naziri bəlli olub
11.07.2016 537 0.0 0

Böyük Britaniyada Mühafizəkarlar Partiyasının lideri və baş nazir postuna namizəd Andrea Lidsom mübarizədən çəkildiyini açıqlayıb.
 
TASS-a istinadən verilən məlumata görə, bununla da daxili işlər naziri Tereza Mey bu posta yeganə namizəd kimi qalıb.
 
A. Lidsom bildirib ki, T. Mey partiyanın parlament fraksiyasının 60 faizi tərəfindən dəstəklənir: “O, Britaniya xalqı üçün ən yaxşı şərtlərlə "Brexit"i həyata keçirməyə qadirdir”.
 
A. Lidsomun qərarından sonra Mühafizəkarlar Partiyasının liderinin seçilməsi üçün səsvermə keçirilməsinə ehtiyac qalmayıb və bu vəzifəni, eləcə də baş nazir postunu Tereza Meyin tutacağı qətiləşib.  O, Britaniya tarixində Marqaret Tetçerdən sonra baş nazir kreslosuna əyləşəcək ikinci qadın olacaq./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar