Boris Conson: `Koronavirusla mübarizəmizin bitdiyini düşünənlər yanılırlar`
05.01.2022 253 0.0 0

“Koronavirusla mübarizəmizin başa çatdığını düşünənlər yanılırlar. Bu, ən ali səviyyədə diqqət edilməli məsələdir”.

“Habertük”ə istinadən xəbər verilir ki, bu fikirləri Böyük Britaniyanın Baş naziri Boris Conson keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, "B planı" tədbirləri ilə qapanmaya getmədən "Omikron"dan xilas olmaq şansımız var: "Bu virusla yaşamağın bir yolunu tapmalıyıq”.

Baş nazir bildirib ki, reanimasiyadakı xəstələrin 90 faizi buster dozanı vurdurmayıb. Onların 60 faizi isə ümumiyyətlə, peyvənd olunmayıb.

Qeyd edək ki, son sutkada Böyük Britaniyada 218 724 yoluxma faktı qeydə alınıb, 48 nəfər isə ölüb./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar