BMT İsraildən Fələstində yaşayış məskənləri inşa etməməyi tələb edib
24.12.2016 666 0.0 0

BMT Təhlükəsizlik Şurası İsraildən Fələstin ərazilərində yaşayış məskənlərinin inşasına son qoymağı tələb edib.
 
Reuters agentliyinə istinadən verilən xəbərə görə, bununla əlaqədar BMT Təhlükəsizlik Şurasında müvafiq qətnamə qəbul edilib.
 
Sənəddə həmçinin qeyd edilir ki, tərəflər dinc əhaliyə qarşı zorakılıq aktlarının qarşısını almaq üçün addımlar atmalıdır, Fələstinin yekun statusu ilə bağlı etibarlı danışıqların başlamasına səy göstərməlidirlər.
 
Qətnamənin lehinə Təhlükəsizlik Şurasının 14 üzvü səs verib./apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar