Bir tərəfdə sərt istilər, digər tərəfdə qasırğa
27.07.2015 882 0.0 0

Avropada yay mövsümi qitənin bir tərəfində sərt istilər, digər tərəfində qasırğa ilə müşahidə olunur.

Məlumata görə, İspaniyanın cənub regionunda tempratur 40 dərəcəni keçib. Əsasən, Valensiya şəhərində insanlar bürkülü hava şəraitindən əziyyət çəkirlər. Vəziyyətdən çıxış yolu kimi isə, çimərliyə üz tutanların sayı minlərlədir. İnsanlar müxtəlif vasitələrlə sərinləməyə çalışırlar.

Rəsmilər günvurma hallarına qarşı insanlara xəbərdarlıq edib, əsasən, yaşlı insanların günorta saatlarında çölə çıxmamasını məsələhət görüblər.

Mərkəzi Avropa regionu isə, güclü küləklərdən əziyyət çəkir. Polşada müşahidə olunan qasırğa çoxsaylı dağıntılara səbəb olub. Qasırğa ölkənin cənub şəhərlərində 400-dən çox binaya ziyan vurub. Yüzlərlə evin damı uçub. Şiddətli küləklər elektrik şəbəkələrini sıradan çıxarıb. Meteoroloqlar pis hava şəraitinin bu gün də davam edəcəyini proqnozlaşdırıblar.


 


İstilərə görə çimərliyə üz tutanların sayı minlərlədir

Okeanın o tayında da isə, aramsız yağan yağışlar daşqınlara səbəb olub. Amerika Birləşmiş Ştatlarının Florida ştatında daşqın suları onlara evə ziyan vurub. Yollarda yığılıb qalan su nəqliyyatın hərəkətinə mane olub. Əsasən, Tampa şəhəri sakinləri daşqınlardan əziyyət çəkib.

Pakistanda isə daşqınlar 24 nəfərin ölümünə səbəb olub. Peşəvər şəhərində dağıntılar törədib. Yüzlərlə evi su basıb. Şəhərin bir neçə bölgəsi mərkəzdən təcrid olunub. Hökumət suların əsarətində qalan insanların xilas olunması üçün təbii fəlakət bölgəsində hərbiçilər göndərib. Daşqınlar, eyni zamanda, yollarda körpüləri və elektrik şəbəkələrini dağıdıb.

Pakistanda son bir həftə ərzində daşqınlar nəticəsində ölən insanların sayı 42 nəfərə çatıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar