Binada yanan Ayxanın atası ürəkləri dağladı (FOTO)
21.05.2015 3181 0.0 0

 

"Mən ancaq səninlə görüşəcəyim günü gözləyəcəyəm, mənim mələk balam"

Bu ürək dağlayan sözlər məlum faciədə həlak olan balaca Ayxanın atasına məxsusdur. 

Qazeta.info ANS PRESS-ə istinadla bildirir ki, Bakının Binəqədi rayonunda alışan 16 mərtəbəli binada həlak olanlar arasında 2 yaşlı Hüseynov Ayxan Şahin oğlu da vardı.

Dərdli ata artıq göylərdə olan körpəsi ilə söhbətinə ünvanladığı sözləri Facebook profilində yazıb: "Mənim Ayxan balam! Səni həmişə qəlbimin şah otağında yaşadacağam. Sənə deyiləsi çox sözüm qəlbimdə qaldı".

Xatırladaq ki, mayın 19-da səhər saatlarında Binəqədi rayonunun Azadlıq prospektində yerləşən binada 16 mərtəbəli binanın fasadının alışması nəticəsində yanğın qısa zamanda bütün binanı əhatə edib. Hadisə nəticəsində 15 nəfər ölüb, onlarla insan yaralanıb. 

Kərimova Ayan Anar qızıdır ( 5 yaş)
Hüseynov Ayxan Şahin oğludur (2 yaş)
Məhərrəmova Fərəh Elnur qızı ( 2 yaş 7 aylıq )
Bağırov Sahib Rəhim oğlu (46 yaş)
Kərimova Nazilə Malik qızı ( 39 yaş )
Bağırova Firəngiz Rəhim qızı (60 yaş)
Şirinova Zülfiyyə Yavər qızı ( 43 yaş)
Nəcəfzadə Yaşar Fazil oğludur ( 27 yaş )
Eyvazov Davud Hamir oğlu ( 16 yaş ), 
Eyvazova Ülkər Hamir qızıdır ( 20 yaş).
Həsənova Alla Antonovna 58 yaş, 
Utuyevsil Yuri Vladimroviç 67 yaş 
Yəhyayeva Elmira Əliağa qızı 68 yaşlı

 

 

 

 

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar