Binə Ticarət Mərkəzində yanğın olub - VİDEO
08.10.2019 508 0.0 0

Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən  "Binə” ticarət mərkəzində güclü yanğın olub.

Qazeta.info Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən bildirir ki, ötən gecə nazirliyin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Binə Ticarət Mərkəzində yanğın olması barədə məlumat daxil olub. Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Yanğının söndürülməsi üzrə işlər aparılıb. Əlavə məlumat veriləcək.

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar