Biləsuvarda ağır qəzada 4 nəfər ölüb, 1 nəfər yaralanıb
06.12.2015 570 0.0 0

 Biləsuvarda 4 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

Qazeta.info "Report" -a istinadla xəbər verir ki, hadisə bu gün günorta saatlarında Ələt-Astara magistral yolunun 115-ci kilometrliyində Biləsuvar rayonunun Cürəli kəndi ərazisində qeydə alınıb. 

Belə ki, Azpetrol şirkətinə məxsus yanacaq daşıyan qoşqulu yük maşını ilə Biləsuvarın Təzəkənd kənd sakini Mənsur Firudin oğlu Bayramovun idarə etdiyi "Vaz-21015" markalı avtomobillə toqquşub. Nəticədə "Vaz-21015" markali avtomobil ciddi zədələnərək dəmir yığınına çevrilib, yük maşını isə yolun kənarına aşıb.

Hadisə zamanı "Vaz-21015" markalı avtomobildə olan bir rayonun Təzəkənd kənd sakinləri olan eyni ailənin 4 üzvü - 29 yaşlı Tərlan Bayramov, onun həyat yoldaşı, 29 yaşlı Günay Bayramova, uşaqları: 5 yaşlı Nərmin və 4 yaşlı Səkinə Bayramovalar hadisə yerində keçiniblər. Sürücü isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar