Berlində terror aktı törətməkdə şübhəli bilinən tunisli gənc axtarışa verilib
21.12.2016 965 0.0 0

Almaniya polisi ötən gün paytaxt Berlində terror aktı törətməkdə şübhəli bilinən tunisli gənci axtarışa verib.

 

“lenta.ru”ya istinadən verilən məlumata görə, bayram yarmarkasında kütləyə çırpılan yük maşınının salonunda 1992-ci il təvəllüdlü Ə. Anis adlı şəxsə aid sənədlər aşkarlanıb. 
 

“Allgemeine Zeitung” nəşrinin yazdığına görə, şübhəli şəxsin adı Əhməddir və onun 21 yaşı var. Sənədlərin Almaniyanın Şimali Reyn-Vestfaliya bölgəsinin müvafiq qurumu tərəfindən verildiyi bildirilir. Bundan əvvəl hücum edən şəxsin yaralanması barədə məlumatlar yayılmışdı.

 

Qeyd edək ki, ötən gün naməlum şəxs tərəfindən idarə olunan yük maşını bayram yarmarkasında kütləyə çırpılıb. Nəticədə azı 12 nəfər ölüb, 48 nəfər yaralanıb. Yük maşının idarə edən sürücü hadisə yerindən qaçıb, maşında olan digər şəxs isə ölüb.

 

Almaniya hakimiyyəti baş verən hadisəni terror aktı kimi dəyərləndirib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar