BELARUSİYA DÜNYA MÜHARİBƏSİNƏ HAZIRLAŞIR-ORDUYA ÇAĞIRIŞ BAŞLADI
26.01.2015 839 0.0 0

 

Belarusda ehtiyatda olan hərbçilər orduya çağırılır.

Məlumata görə, bu barədə "Gazeta.ru" xəbər saytı Belarusun Baş Qərargahında olan mənbəsinə istinadən xəbər yayıb.

Bildirilir ki, ölkədə genişmiqyaslı hərbi təlimlər keçirilir.

Hərbi ekspertlər hesab edir ki, ehtiyatda olan hərbçilərin orduya çağırılması Ukraynada gedən vətəndaş müharibəsinin eskalasiyası ilə əlaqədardır.

Bundan başqa Belarus Müdafiə Nazirliyi isə bəyan edib ki, ölkəyə NATO-dan böyük təhlükə var. 

Belarusda 15 min ehtiyatda olan hərbçinin orduya çağırılması gözlənilir. Bununla da ordunun sayı 50 minə çatdırılacaq.//AnsPress


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar