Belə etsəniz, elektrik enerjisinə 10 dəfə az pul ödəyəcəksiniz!
10.11.2016 2096 0.0 0

İndi hamı pulun azlığından şikayət edir. Lakin heç kim başa düşmür ki, zənginliyin sirri qazancın sayında deyil, xərcin qənaətli olmasındadır. Odur ki,  Xarici mətbuata istinadən, sizə məişətdə elektrikə qənaət barədə bir neçə məsləhətləri təqdim edirik.
 

1. Eviniz üçün çilçıraq və onun üçün lampa seçərkən yadda saxlayın ki, 100 vt-lıq lampa 25 vt-lıq dörd ədəd lampadan daha qənaətli və effektlidir.


2. Soyuducu üçün xüsusi qaydalara əməl etsəniz, elektrikə 15-20% qənaət etmiş olarsınız: soyuducuya isti qablar qoymayın. Qapısını tez-tez açıb, açıq şəkildə saxlamayın. Mütləq diqqət edin ki, arxa divarla soyuducu arasında məsafə olsun. İçərisindəki hava dövranına diqqət yetirmək lazımdır. Orta rəflərinə iri qazanlar və tavalar yerləşdirməyin.


3. Paltaryuyan maşın çalışarkən bəzi xanımlar onun üzərinə əşyalar yerləşdirirlər. Bu, çox yanlış bir hərəkətdir. Belə ki, işlədiyi müddətdə üzərindəki ağır yük sayəsində maşın lazım olduğundan da artıq elektrik sərf edir. İsrafçılığın qarşısını almaq üçün əvvəlcədən paltaryuyan maşının üstünü boşaltmaq və onu «sərbəst» buraxmaq lazımdır./SaqlamHeyat.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar