Bayden bu ölkələrdən səyahət məhdudiyyətlərini qaldırıb
29.12.2021 410 0.0 0

ABŞ Prezidenti Cozef Bayden Afrikanın səkkiz dövlətindən giriş məhdudiyyətlərinin aradan qaldırılmasına göstəriş verib.

"Report"un məlumatına görə, bu barədə Ağ Evin yaydığı açıqlamada deyilir.

Məlumatda deyilir ki, məhdudiyyətlər dekabrın 31-i gecə yarısı aradan qaldırılacaq.

Qeyd edək ki, koronavirusun yeni "omikron" ştamının müəyyən edilməsi ilə əlaqədar noyabrın 29-dan ABŞ hakimiyyəti Cənubi Afrika, Botsvana, Zimbabve, Namibiya, Lesoto, Esvatini, Mozambik və Malavidən hava nəqliyyatına məhdudiyyətlər tətbiq edib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar