Bayden: `Ukrayna ABŞ-ın dəstəyinə arxayın ola bilər`
21.01.2022 295 0.0 0

ABŞ prezidenti Cozef Bayden deyib ki, Ukrayna ABŞ-ın dəstəyinə arxayın ola bilər.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

“Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, o, ABŞ-ın dəstəyinə arxayındır. Və onun buna haqqı var”, - Bayden jurnalistlərə deyib.

Xatırladaq ki, ABŞ-ın 2022-ci il dövlət büdcəsi layihəsində Ukraynaya 756 milyon dollar məbləğində yardım nəzərdə tutulub.

Həmçinin ABŞ tərəfindən Ukraynaya 4 ədəd “İsland” tipli hərbi kater, “Javelin” tipli tankvuran sistemləri, snayperlərə qarşı, kəşfiyyat, elektron mübarizə vasitələri, gecəgörmə və digər optik cihazları, rabitə sistemləri, tibbi ləvazimat, habelə müxtəlif çaplı atıcı silah və sursat çatdırılıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar