Batmış gəmidən 4.5 milyon dəyərində qızıl tapılıb
20.08.2015 698 0.0 0

ABŞ –da 300 il əvvəl batan İspan gəmisindən 4.5 milyon dollar dəyərində qızıl tapılıb.

Məlumata görə, gəmi Atlantik okeanının Florida ştatı sahillərində aşkar edilib. Batmış gəmini ABŞ-a məxsus "1715 Fleet" şirkəti tapıb. Şirkət 2010-cu ildən Florida sahillərində axtarışlar aparırdı.

İçərisində qızıl, gümüş və qab-qacaqlar olan gəmi 300 il əvvəl Floridadan İspaniyaya getmək üçün yola çıxsa da, mənzil başına çata bilməyib. Gəmi batan zaman 1000 nəfərdən çox insan həyatını itirib. Qızıllar 3 əsr boyunca suyun altında qalsa da öz keyfiyyətini itirməyib. 

Tapılmış qızıl ekspertlər tərəfindən 4,5 milyon dollar məbləğində dəyərləndirilir. Gəmi İspan ticarətçilərinə məxsus olub. Həmin ərazidə daha 11 gəmi batıb./anspress/

 

 

Batmış gəmidən tapılan qızıllar

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar