Baş Prokurorluq kütləvi zəhərlənmə ilə əlaqədar araşdırmaya başladı
12.04.2015 682 0.0 0
Baş Prokurorluq: Nərimanov rayonundakı ticarət mərkəzində baş verən zəhərlənmə ilə bağlı araşdırma aparılır

 

 “Metropark” ticarət mərkəzində baş verən kütləvi zəhərlənmə ilə əlaqədar Kliniki Tibbi Mərkəzə 27 zərərçəkən gətirilib.

 

Bunu  açıqlamasında Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri, respublikanın baş toksikoloqu Azər Maqsudov bildirib.

 

Onun sözlərinə görə, xəstələrin vəziyyəti orta ağır olub: “Zərərçəkənlərin hamısı müayinə olunaraq tibbi yardım göstərilib. Onlarıт hamısı artıq evlərinə buraxılıb”.

 

 

 Nərimanov rayonunda fəaliyyət göstərən ticarət mərkəzində baş verən zəhərlənmə faktı ilə bağlı araşdırma aparılır.

 

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov  bildirib ki, hazırda Nərimanov Rayon Prokurorluğu, Rayon Polis İdarəsi, Fövqəladə Hallar və Səhiyyə nazirliklərinin aidiyyəti qurumlarının iştirakı ilə hadisə yerinə baxış keçirilir.

 

Hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri tədbirlər görülür./apa/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar