Baş Prokurorluq istefa verib müxalifətə keçməsini bəyan edən Rüfət Səfərov haqda açıqlama yayıb
21.12.2015 1309 0.0 0

Qazeta.info bildirir ki, Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəisi, Yeni Azərbaycan Partiyasının (YAP) keçmiş funksioneri Eldar Sabiroğlunun oğlu Rüfət Səfərovun iqtidardan müxalifətə keçməsini bəyan etməsi, eləcə də, prokurorluqdakı vəzifəsindən istefa verməsindən sonra Baş Prokurorluq məsələ ilə bağlı açıqlama yayıb.

Qazeta.info xəbər verir ki, yayılan rəsmi açıqlamada bildirilir ki, Zərdab rayon prokurorluğunun müstəntiqi Rüfət Səfərov “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq  prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric olmuşdur.

     İcra və əmək intizamının, eləcə də  prokurorluq əməkdaşlarına qarşı tələbkarlığın  vəziyyətinin aşağı səviyyədə olması ilə əlaqədar hazırda Baş Prokurorluğun müvafiq komissiyası tərəfindən Zərdab rayon prokurorluğunun fəaliyyəti kompleks şəklində yoxlanılır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar